Məşhur dirijor xəstəxanaya yerləşdirildi 

18:16 - 30 Oktyabr 2025

Məşhur dirijor xəstəxanaya yerləşdirildi 

Məşhur dirijor, professor Rauf Abdullayev Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə dirijorun özü məlumat verib.

    O qeyd edib ki, bir neçə gün əvvəl yıxılıb və xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

    Bakı Sağlamlıq Mərkəzindən isə bildirilib ki, Rauf Abdullayev halsızlıq, yüksək şəkər və sağ bud çanaq nahiyəsində ağrı şikayətlərilə klinikaya daxil olub.

    "Müvafiq klinik, laborator, instrumental müayinələr olunduqdan sonra travmatoloq, fizioterapevt konsultasiyaları olundu və müvafiq müalicə təyin edilib", - məlumatda qeyd olunub.

    Qeyd edək ki, bu gün Rauf Abdullayevin 88 yaşı tamam olur.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az