logo
logo logo
logo

“Buraya Prezident kimi 17-ci səfərimdir”

22:53 - 11 Avqust 2026

“Buraya Prezident kimi 17-ci səfərimdir”
“Əslində, səfərim və səfər zamanı iştirak etdiyim tədbirlər özlüyündə bir göstəricidir. Bir daha göstərir ki, Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir”.


Manset.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsi zamanı deyib.

“Qeyd etdiyiniz kimi, mən Prezident kimi 17-ci dəfədir ki, Naxçıvana səfər edirəm və hər səfərimin də böyük mənası və gözəl nəticələri vardır. Bu illər ərzində bir çox önəmli layihələr icra olundu, Naxçıvanın ümumi inkişafı təmin edildi. Bugünkü tədbirlər də bir növ görülən işlərin davamıdır və təbii ki, bundan sonra da lazımi qərarlar veriləcək və Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək”, - deyə Prezident əlavə edib.

“ Mən göstəriş verdim ki, Naxçıvan şəhərinin də baş planı işlənilsin, hazırlansın. Bu gün mənə təqdim edilmişdir ki, şəhərin inkişafı ilə bağlı, müasir infrastrukturun yaradılması ilə bağlı əlavə tədbirlər görülsün.

Naxçıvanın turizm potensialı çox zəngindir. Həm tarixi abidələr, həm gözəl təbiəti, təmiz havası və gözəl mənzərəli yerlər var. Ancaq təəssüflər olsun ki, mehmanxanaların az olması və o qədər də səviyyəli olmaması turizmin inkişafını əngəlləyir. Bu gün şəhərin mərkəzində yeni 5 ulduzlu mehmanxananın təməli qoyuldu və yəqin ki, 2028-ci ildə hazır olacaq.

Yəni, dövlət tərəfindən Naxçıvan Muxtar Respublikasının inkişafına nə lazımdırsa, o da edilib bu günə qədər və ediləcək. Və Naxçıvanda son 20 il ərzində bütün tikintilər dövlət büdcəsindən maliyyələşdirilib. Hər il Azərbaycan dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına vəsait ayrılıb. Yəni, bu olmasaydı, təbii ki, bu günkü inkişaf edən və abad Naxçıvanı da biz görə bilməzdik”, - deyə dövlət başçısı bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az