Zelim Kotsoyev 1/16 finalda slovakiyalı Benyamin Mataseyə ipponla qalib gəldi.
Manset.az xəbər verir ki, onun növbəti rəqibi Rusiyanı təmsil edən erməniəsilli idmançı Arman Adamyanla qarşılaşacaq.
***
Zelim Kotsoyev Boymırat Majanova qalib gələrək növbəti mərhələyə adlayıb.
***
Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
Manset.az xəbər verir ki, bu gün Olimpiya çempionu Zelim Kotsoyev (100 kq) tatamiyə çıxacaq.
Onun ilk rəqibi 1/32 finalda Türkmənistan təmsilçisi Baymırat Majanov olacaq.
Təsnifat görüşləri saat 10:30-da, final bloku isə 18:00-da başlayacaq.