Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla səhiyyə nazirinin müavinləri Nigar Ramiz qızı Əliyeva, Elsevər Məmməd oğlu Ağayev, Rahim Rafail oğlu Əliyev, Viktor Kərimoviç Qasımov vəzifələrindən azad olunublar.
Manset.az işdən çıxarılan nazir müavinlərinin dosyesini təqdim edir:
Elsevər Ağayev bu vəzifəfədə 1999-cu ildən çalışırdı. O, 2007-ci ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Əczaçılıq kafedrasının müdiridir. Həmçinin nazirliyin Farmakoloji və Farmakopeya Ekspert Şurasının sədridir.
Nigar Əliyeva 2009-cu ildən səhiyyə nazirinin müavini olub. Bu vəzifəyə qədər isə Səhiyyə Nazirliyində Ümumi şöbənin müdiri vəzifəsində işləyib.
Viktor Qasımov isə 2020-ci ilin mart ayında nazir müavini təyin olunub. Bu vəzifəyə qədər isə Səhiyyə Nazirliyinin Sanitariya və epidemioloji nəzarət sektorunun müdiri olub.
Rahim Əliyev 2018-ci ildən səhiyyə nazirinin müavinidir. 2012-ci ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda müxtəlif vəzifələrində o cümlədən, 2015-2018-ci illər də isə rezidentura şöbəsinin müdiri kimi fəaliyyət göstərib.
Xatırladaq ki, 3 fevral 2022-ci il tarixli sərəncamlarla İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov səhiyyə nazirinin müavinləri təyin olunublar.