Milli Məclis Azərbaycanla Türkiyə arasında daha bir sənəd təsdiq edəcək

18:03 - 07 Fevral 2022

Milli Məclis Azərbaycanla Türkiyə arasında daha bir sənəd təsdiq edəcək

Azərbaycanla Türkiyə arasında daha bir sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Manşet.az xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.

İclasda sənədin iki qardaş ölkə arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyi qeyd olunub.

Sənəd Tərəflər arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, idxal və ixrac olunan qida məhsullarının təhlükəsizliyinin təmin olunması və qida sektorunda Tərəflərin ticarət əlaqələrinin mövcud potensialının artırılması məqsədilə hazırlanıb.

Müzakirələrdən sonra sənədin Milli Məclisin plenar iclsına tövsiyə edilməsi barədə qərar qəbul olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az