Oğurladığı pulu əyləncəsinə xərcləyən şəxs həbs olundu - FOTO/VİDEO

13:54 - 09 Fevral 2022

Oğurladığı pulu əyləncəsinə xərcləyən şəxs həbs olundu - FOTO/VİDEO

Zaqatala rayonu Qımır kəndi ərazisində yerləşən mağazadan gecə saatlarında oğurluq edilməsi ilə bağlı polis şöbəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən Muxax kənd sakini, 24 yaşlı Arif Aslanov  saxlanılıb.

O, ifadəsində əməlini etiraf edib və oğurladığı 1 150 manat pulun yarısını öz əyləncəsinə xərclədiyini bildirib. Davam etdirilən tədbirlərlə pulun qalan hissəsi saxlanılan şəxsin yaşadığı ünvandan maddi sübut kimi götürülüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanıb və məhkəmənin qərarı ilə Arif Aslanov barəsində həbs qətimkan tədbiri seçilib.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az