Avtomobildən 90 ədəd qol saatı oğurlandı

11:26 - 11 Fevral 2022

Avtomobildən 90 ədəd qol saatı oğurlandı

Bakıda avtomobildən 90 ədəd qol saatı oğurlanıb.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə fevralın 3-nə keçən gecə B.Nuriyev küçəsində “Mercedes-Benz” markalı bir avtomobildən 1 800 manat dəyərində 90 ədəd qol saatının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş V.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilib.

Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş V.Sultanov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Şəxsi axtarış zamanı ondan da metamfetamin götürülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az