“Sumqayıt hadisələri”nin təşkilatçıları barədə tədbirlər davam etdirilir - RƏSMİ

12:01 - 15 Fevral 2022

“Sumqayıt hadisələri”nin təşkilatçıları barədə tədbirlər davam etdirilir - RƏSMİ

“34 il bundan qabaq Sumqayıt şəhərində baş verən hadisələrin təşkilatçıları barəsində əməliyyat tədbirləri davam etdirilir”.

 

Manset.az  xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin rəisi Nemət Əvəzov məlumat verib.

Onun sözlərinə görə, 1988-ci ildə Sumqayıt şəhərində baş vermiş hadisələrin təşkilatçısı Eduard Qriqoryan və digər şəxslərin barəsində axtarış elan edilib:

“Hazırda bu iş üzrə istintaq və əməliyyat tədbirləri davam etdirilir. Həmin şəxslərin istintaqa cəlb olunması istiqamətində müvafiq addımlar atılır”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az