Xaçmazda “Xocalını unutmayaq” adlı tədbir keçirildi - FOTOLAR

14:26 - 25 Fevral 2022

Xaçmazda “Xocalını unutmayaq” adlı tədbir keçirildi - FOTOLAR

Xaçmaz rayonunda Xocalı soyqırımının 30 illiyinə həsr olunan anım tədbiri keçirilib.

Manset.az xəbər verir ki, rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti əvvəlcə Heydər Əliyev adına rayon Mədəniyyət Mərkəzinin foyesində faciəyə həsr olunan kitab və rəsm sərgisi ilə tanış olublar. 

Anım tədbirində  Xocalı faciəsi qurbanları və şəhidlərimizin əziz xatirəsi bir  dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Xocalı faciəsi haqqında geniş məlumat verib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum ediblər. Ermənilər Xocalı şəhərini işğal edərkən, azərbaycanlılara qarşı soyqırımı törədiblər. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxsin məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirilib.  

Tədbirdə Xocalı faciəsinə həsr olunan qısa metrajlı film nümayiş etdirilib. Filmdə ermənilərin Xocalıda törətdikləri vəhşiliklər və 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbədən bəhs edilib. 
Yerli mədəniyyət işçilərinin və məktəblilərin ifasında nümayiş etdirilən “Xocalını unutmayaq” adlı ədəbi bədii kompazisya iştirakçılarda duyğulu anlar yaşadıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az