Türkiyə XİN-dən qatar stansiyasının raketlərlə vurulması ilə bağlı - Açıqlama

20:50 - 08 Aprel 2022

Türkiyə XİN-dən qatar stansiyasının raketlərlə vurulması ilə bağlı - Açıqlama

“Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində qatar stansiyasının raketlərlə vurulması humanitar dəhlizlərin yaradılmasının vacibliyini və aktuallığını bir daha ortaya qoyur”.

Manşet.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

“Ukraynanın şərqindəki Kramatorsk şəhər qatar stansiyasının raketlərlə vurulması nəticəsində təxliyə olunmağı gözləyən onlarla insanın həyatını itirdiyi və yaralandığı xəbərini böyük kədərlə qarşıladıq.

Bu faciəvi hadisə mülki əhalinin təhlükəsiz təxliyəsini təmin etmək üçün humanitar dəhlizlərin yaradılmasının vacibliyini və aktuallığını bir daha nümayiş etdirdi.

Bu münasibətlə dərhal atəşkəs və bu dağıdıcı müharibənin dayandırılması çağırışımızı bir daha təkrar edirik”, - nazirlikdən bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az