Çexiya Ukraynaya silah və hərbi texnika göndərdi

23:47 - 08 Aprel 2022

Çexiya Ukraynaya silah və hərbi texnika göndərdi

Çexiya Ukraynaya silah və hərbi texnika göndərib.

Manşet.az xəbər verir ki, bu barədə “Reuters” Çexiya Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

"Ukraynaya 5 ədəd T-72 tankı, 5 ədəd BMP-1 piyada döyüş maşını, o cümlədən haubitsa və çoxsaylı reaktiv yaylım atəşi sistemləri gəlib”, - Çexiya Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi bildirib.

Rəsmi əlavə edib ki, Çexiya, həmçinin Ukraynanı portativ zenit-raket kompleksləri ilə təmin edib. Üstəlik, Çexiya zədələnmiş Ukrayna avadanlıqlarını təmir etməyə hazırdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az