Rusiya 19,3 min hərbçi, 2 000-ə yaxın zirehli texnika itirib

12:45 - 10 Aprel 2022

Rusiya 19,3 min hərbçi, 2 000-ə yaxın zirehli texnika itirib

Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bu günə kimi Rusiya tərəfi 19 300 nəfərə yaxın hərbçisini itirib. Həmçinin məhv edilən zirehli texnikanın sayı 2 000-ə yaxınlaşır.

Bu barədə Manset.az Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının feysbuk səhifəsinə istinadən xəbər verir.

Qeyd edilir ki, Rusiya müharibə ərzində 722 tank, 1 911 zirehli döyüş maşını, 342 artilleriya sistemi, 55 hava hücumundan müdafiə sistemi, 152 təyyarə, 137 helikopter, 1 384 avtomobil və s. hərbi texnika, sursat itirib.

"Məlumatlar dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşib", - məlumatda deyilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az