Xarkovda yaşayış bölgəsi atəşə tutulub- Xeyli sayda ölən və yaralanan var

21:07 - 15 Aprel 2022

Xarkovda yaşayış bölgəsi atəşə tutulub- Xeyli sayda ölən və yaralanan var

Rusiya hərbçilərinin Xarkovda yaşayış bölgəsini atəşə tutması nəticəsində 7 nəfər ölüb, 34 nəfər yaralanıb.

Manşet.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinequbov teleqram kanalında məlumat verib.

“Rusiya hərbçiləri Xarkov şəhərinin yaşayış bölgələrindən birini atəşə tutub. Təəssüf ki, 3-ü uşaq olmaqla 34 nəfər yaralanıb, 1-i yeddi aylıq uşaq olmaqla 7 nəfər həlak olub”, - o yazıb.

Bütün xəsarət alanlara təcili tibbi yardım göstərilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az