Tramp Rusiya və Ukraynanı danışıqlara çağırdı

11:00 - 19 Aprel 2022

Tramp Rusiya və Ukraynanı danışıqlara çağırdı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya və Ukraynanı müharibəni danışıqlar yolu ilə həll etməyə çağırıb.

 

Manset.az xəbər verir ki, sabiq prezident bildirib ki, indi artıq razılaşma əldə edilməlidir.

“Bu müharibə heç vaxt baş verməməli idi, amma oldu. Bu müharibənin həlli yolu atışmalar başlamazdan əvvəl təxmin edildiyi qədər müsbət olmayacaq, amma yenə də həll yolu var”, – deyə o açıqlama verib.

Tramp onu da əlavə edib ki, Kiyev və Moskva danışıqlar masasına oturmasalar, o zaman “ölüm, dağıntı və qan tökülməsindən” başqa heç nə qalmayacaq.

Bundan əvvəl Amerikanın keçmiş prezidenti bildirib ki, Şimali Atlantika Alyansı (NATO) münaqişə fonunda tam fəaliyyətsizlik nümayiş etdirərək, Ukraynada qan tökülməsinin qarşısının alınması yönündə missiyasını yerinə yetirə bilməyib.

“Düşünürəm ki, 100 ildən sonra insanlar geriyə baxıb deyəcəklər: biz geri çəkildik, NATO geri çəkildi, mən isə bir çox cəhətdən alyansı kağız pələngi adlandırardım”, – deyə o fikrini tamamlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az