ABŞ Prezidenti Co Bayden Ukraynaya ümumilikdə 1,3 milyard dollarlıq əlavə yardım edəcəklərini açıqlayıb.
Manşet.az xəbər verir ki, Bayden çıxışında Rusiya bayrağı altında üzən gəmilərin ABŞ sahillərinə girə bilməyəcəyini, müharibədən qaçan ukraynalıların isə birbaşa ABŞ-a daxil ola biləcəyini deyib.
“Limanlarımızda Rusiya bayrağı daşıyan gəmilər olmayacaq. Onlar sahillərimizə belə girə bilməyəcəklər”, - deyə Bayden bildirib.