Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqı Şurasının Зrezidenti Şarl Mişelin Ukrayna Prezidenti Volodimir Zelenski ilə birbaşa əlaqə qurmaq çağırışına cavab verib.
Manşet.az xəbər verir ki, Putin bu görüşün Rusiya-Ukrayna danışıqlarının nəticələrindən asılı olacağını deyib.
“Şarl Mişelin Volodimir Zelenski ilə birbaşa təmasda olmaq çağırışına cavab olaraq, Rusiya Prezidenti bu məsələ ilə bağlı məlum mövqeyi təsdiqləyib və qeyd edib ki, belə bir ehtimal xüsusilə Rusiya və Ukrayna nümayəndələri arasında davam edən danışıqlarda konkret nəticələrdən asılıdır. Danışıqlar müddətində Ukrayna tərəfi uyğunsuzluq nümayiş etdirir və qarşılıqlı məqbul həll yollarını axtarmağa hazır deyil”, - Kremlin mətbuat xidmətinin məlumatında deyilir.