Əfqanıstan məscidində partlayış: Çox sayda ölən və yaralananlar var

21:12 - 22 Aprel 2022

Əfqanıstan məscidində partlayış: Çox sayda ölən və yaralananlar var

Əfqanıstanın Künduz əyalətindəki məsciddə partlayıcı qurğu işə düşüb.

Manşet.az xəbəbr verir ki, bu barədə cümə günü Əfqanıstanın “Aamaj News” xəbər agentliyi məlumat yayıb.

Məscid ölkənin şimalında, Künduz vilayətinin İmam Sahib rayonunda yerləşir.

“Tolo News”un hüquq-mühafizə orqanlarındakı mənbələrə və şahidlərin ifadələrinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 33 nəfər ölüb, 43 nəfərsə yaralanıb.

Yaralılar yerli xəstəxanaya çatdırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az