İrəvanda Paşinyanın istefası tələbilə yürüş keçirilir

20:56 - 26 Aprel 2022

İrəvanda Paşinyanın istefası tələbilə yürüş keçirilir

Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhdarları bu gün axşam saatlarında İrəvanda hökumət başçısının istefası tələbi ilə növbəti yürüşə başlayıblar.

Manşet.az xəbər verir ki, paytaxtın dəmir yolu vağzalı meydanından başlayan aksiya iştirakçıları İrəvanın mərkəzinə doğru irəliləyirlər.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan parlamentinin müxalif “Ermənistan” fraksiyasından olan vitse-spikeri İşxan Saqatelyan aprelin 25-dən bütün ölkədə davamlı etiraz aksiyaları keçirəcəyini bəyan edib.

Digər müxalifət fraksiyasının lideri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan deyib ki, aprelin 25-dən mübarizənin ikinci mərhələsi başlayacaq. Aktiv və dinamik mərhələnin məqsədi daha çox insanı səfərbər etmək olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az