Çində təyyarə alışıb-yandı: Onlarla yaralı var - VİDEO

09:13 - 12 May 2022

Çində təyyarə alışıb-yandı: Onlarla yaralı var - VİDEO

“Tibet Airlines” Hava Yolları şirkətinə məxsus sərnişin təyyarəsi Çinin cənub-qərbindəki Çunçin şəhərindəki “Jiangbei” Beynəlxalq Hava Limanında havaya qalxarkən uçuş-enmə zolağından çıxaraq alovlanıb.

 

Manset.az xəbər verir ki, hadisə səhər saatlarında baş verib. TV9833 Çunçin-Ninqçi reysi ilə uçan təyyarədə 113 sərnişin və doqquz ekipaj üzvünün olduğu dəqiqləşib.

Yaralanan 40 nəfər xəstəxanaya çatdırılıb.

Ölənlər barədə məlumat verilmir, qəzanın səbəbi hələ müəyyən edilməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az