BMT İnsan Hüquqları Şurası Ukraynada aparılan müharibədə təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün qətnamə qəbul edib.
Manşet.az xəbər verir ki, 50-dən çox ölkə Kiyevin “Rusiyanın təcavüzü nəticəsində Ukraynada insan haqları ilə bağlı vəziyyətin pisləşməsinə” baxılması üçün Radanın xüsusi iclasının keçirilməsi ilə bağlı müraciətini dəstəkləyib.
Qətnamə böyük səs çoxluğu ilə qəbul edilib, 33 deputat lehinə, ikisi - Çin və Eritreya əleyhinə səs verib. 12 nəfər isə bitərəf qalıb.