Nyu-Yorkda naməlum şəxs metro vaqonunda atəş açıb və bir nəfəri öldürüb.
Manşet.az xəbər verir ki, şübhəli şəxs “hər-hansı təşviq olmadan” tapança çıxarıb və qatar Manhetten körpüsünü keçərkən qurbanı yaxın məsafədən vurub.
Yerli polisin şahid ifadələrinə əsaslanaraq verdiyi məlumata görə, qatar “Kanal-strit” stansiyasına çatanda cinayətkar sakitcə vaqondan düşüb və gözdən itib. Xəsarət alan 48 yaşlı kişi təcili xəstəxanaya yerləşdirilib. Lakin güllə yarası ölümcül olub və kişini xilas etmək mümkün olmayıb.