Tbilisidə atışma olub- Xəsarət alanlar var

21:28 - 27 May 2022

Tbilisidə atışma olub- Xəsarət alanlar var

Gürcüstanın paytaxtı Tbilisidə atışma olub.

Manşet.az xəbər verir ki, hadisə Vake rayonunda, Arakişvili küçəsində baş verib.

Məlumata görə, işıqforda dayanan avtomobildəki şəxslərə təxminən 10 atəş açılıb. Hadisə zamanı 2 nəfər güllə yarası alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Daxili İşlər Nazirliyi hələlik hadisə ilə bağlı açıqlama yaymayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az