İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hətibzadə Türkiyənin Suriyadakı əməliyyatına qarşı çıxacaqlarını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Türkiyənin Suriyada terror təşkilatı PKK/YPG-yə qarşı həyata keçirəcəyi mümkün hərbi əməliyyatın Tehran rəhbərliyi tərəfindən dəstəklənməyəcəyi bildirilib.
Hətibzadə “İran başqa ölkələrin ərazisində istənilən hərbi əməliyyata və güc tətbiqinə qarşıdır” deyib.
Belə bir əməliyyatın Suriyanın "ərazi bütövlüyünün və milli suverenliyinin pozulması" olacağını vurğulayan Hətibzadə Türkiyənin mümkün hərbi əməliyyatının "vəziyyəti çətinləşdirəcəyini və gərginliyi artıracağını" iddia edib.