İrəvanda müxalifət yenidən mitinq keçirir

22:15 - 04 İyun 2022

İrəvanda müxalifət yenidən mitinq keçirir

Ermənistanda “Müqavimət” hərəkatının tərəfdarları İrəvanın mərkəzindən yürüşə başlayıblar.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki,  müxalifətçilər Maştots prospekti ilə hərəkətə başlayıblar.

Onların hökumət binalarına üz tutmaq, sonra isə Fransa meydanına qayıtmaq niyyətində olduqları bildirilib.

Yürüşdən əvvəl Fransa meydanında mitinq keçirilib və bu aksiya əsasən bir gün əvvəl Proşyan və Dəmirçyan küçələrinin kəsişməsində baş verən hadisələrin təhlilinə həsr olunub.

Qeyd edək ki, “Müqavimət” hərəkatı aksiyalar keçirməklə Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az