Dünyada koronavirusa yoluxma sayı 531 milyonu ÖTDÜ

17:30 - 05 İyun 2022

Dünyada koronavirusa yoluxma sayı 531 milyonu ÖTDÜ

Dünyada koronavirusa yoluxanların sayı 531 704 928 nəfərə çatıb.

Manşet.az xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.

Virusun yayılmasında indiyədək COVID-19-dan 6 milyon 298 min 372 nəfər dünyasını dəyişib.

İyirmi milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniya ilk yerləri tutur.

Qeyd edək ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az