Lavrovun Serbiyaya səfəri ləğv EDİLDİ

18:17 - 06 İyun 2022

Lavrovun Serbiyaya səfəri ləğv EDİLDİ

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Serbiyanın paytaxtı Belqrada planlaşdırılan səfəri ləğv olunub.

Manşet.az xəbər verir ki, buna səbəb Serbiya ilə qonşu olan ölkələrin öz hava məkanlarını Rusiyanın xarici işlər nazirinin təyyarəsi üçün bağlamasıdır.

Sergey Lavrov mövzu ilə bağlı açıqlamasında bildirib ki, bu addımın dünya diplomatiyasında bir nümunəsi yoxdur.

Serbiya Prezidenti Aleksandr Vuçiç isə Rusiyanın bu ölkədəki səfiri Aleksandr Botsan Harçenko ilə görüşdüyünü, Sergey Lavrovun planlaşdırılan Belqrad səfərinin ləğv edildiyini açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az