Rusiya və İran Prezidentləri Vladimir Putin və İbrahim Rəisi arasında telefon danışığı baş tutub.
Manşet.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin Mətbuat xidməti yayıb.
Prezidentlər söhbət zamanı iki ölkə arasında əməkdaşlığa dair aktual məsələləri müzakirə ediblər.
Putin, həmçinin iranlı həmkarına bu gün İranda baş verən qatar qəzası ilə bağlı başsağlığı verib.