“Müharibəni dayandırmaq üçün səylərimizi yenidən artırdıq” - Çavuşoğlu

17:38 - 11 İyun 2022

“Müharibəni dayandırmaq üçün səylərimizi yenidən artırdıq” - Çavuşoğlu

Ukraynadakı müharibəni dayandırmaq lazımdır, bu istiqamətdə diplomatik səylərimizi yenidən artırmağa başladıq.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Praqada Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu çexiyalı həmkarı Yan Lipavski ilə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, bu səylər dünyanın üzləşdiyi qida böhranı baxımından da çox vacibdir.

“Ankarada Sergey Lavrovla görüşümüz zamanı taxıl ixracatı üçün olan əngəlləri aradan qaldırılmasını müzakirı etdik, BMT planın ən doğru plan olduğunu söylədik. Yaxın zamanda BMT-nin təklifi ilə Rusiya, Ukrayna, Türkiyə və BMT arasında bir görüşünə ev sahibliyi etməyə hazır olduğumuzu da diqqətə çatdırdıq. İndi Rusiyadan həm görüş, həm də başqa detallarla bağlı cavab gözləyirik”, - deyə nazir bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az