Qarabağ məsələsi Ermənistan və Azərbaycanın sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə milli komissiyalarının fəaliyyəti ilə bağlı deyil.
Manşet.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qətərdə səfərdə olarkən yerli “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, İrəvan və Bakı arasında müxtəlif ünsiyyət formatları var və onlardan biri delimitasiya məsələsinə aiddir.
Paşinyanın müsahibəsi barədə daha ətraflı Baku TV-nin süjetində: