Şarapova ABŞ-ın ən varlı qadınlarından biri oldu

09:18 - 15 İyun 2022

Şarapova ABŞ-ın ən varlı qadınlarından biri oldu

Rusiyalı keçmiş tennisçi Mariya Şarapova “Forbes” jurnalı tərəfindən ABŞ-ın ən varlı “self-made” (öz səyilə uğur qazanan) qadınlarından biri seçilib. İdmançı siyahıda 97-ci olub.

 

Manset.az xəbər verir ki, reytinq çərşənbə axşamı jurnalın saytında dərc edilib.

1995-ci ildən ABŞ-da yaşayan Şarapovanın sərvəti 220 milyon dollar qiymətləndirilib. Siyahıdakı digər idman nümayəndəsi isə 90-cı yeri tutan tennisçi Serena Uilyamsdır (260 milyon dollar).

Qeyd edək ki, Şarapovanın 35 yaşı var. O, peşəkar karyerasını 2020-ci ilin fevralında başa vurub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az