Hindistan və Banqladeşdə musson yağışları həyatı iflic edib.
Manset.az xəbər verir ki, Hindistanın Assam əyalətində ən azı 9 nəfər yağışlara görə həyatını itirib.
Əyalətdə yaşayan 2 milyondan artıq insanın evini su basıb.
Banqladeşdə də 21 nəfəri ildırım vuraraq öldürüb. Sözügedən ölkədə şiddətli yağışlar torpaq sürüşməsinə səbəb olub. Daha 4 nəfərin öldüyü bildirilir.
Bundan başqa, Asiya qitəsinin ən böyük çaylarından olan Brahmaputra daşıb. Nəticədə Assam əyalətindəki 3 min kənd və kənd təsərrüfatı sahələri su altında qalıb.