Mariupolda sakinlər küçələrdəki gölməçələrdən su daşıyırlar - VİDEO

16:56 - 18 İyun 2022

Mariupolda sakinlər küçələrdəki gölməçələrdən su daşıyırlar - VİDEO

Mariupolda insanlar texniki suyu küçələrdəki gölməçələrdən götürməli olurlar.

 

Manset.az xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşşenko məlumat verib.

“İçməli su problemi geniş vüsət alır… Xüsusən də işğalçıların su təchizatının bərpası barədə məlumat verdikləri yerlərdə”, - deyə müşavir bildirib.

Onun sözlərinə görə, insanlar küçələrdə boruların qırılması nəticəsində yaranan gölməçələrdən texniki suyu toplayır və gündəlik yaşayışda istifadə edirlər.

Xatırladaq ki, bir müddət öncə ÜST-ün Ukrayna üzrə nümayəndəsi Mariupolda su çatışmazlığı və mövcud suyun keyfiyyəti ilə bağlı problemlərdən söz açmış, boruların zədələnməsi səbəbindən içməli suyun kanalizasiya suları ilə qarışdığını deyərək, vəba epidemiyasının baş qaldıra biləcəyilə bağlı xəbərdarlıq etmişdi. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az