Azərbaycan Hərbi Hava və Dəniz qüvvələrinin qatıldığı “Anadolu Qartalı - 2022” beynəlxalq taktiki-uçuş təlimləri başlayıb.
Manset.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
Türkiyənin Konya şəhərində təşkil edilən beynəlxalq taktiki uçuş təlimlərində Azərbaycanı “Su-25” və “MiQ-29” qırıcı təyyarələri təmsil edəcəklər.
Qeyd edək ki, təlimlər iyunun 20-dən iyulun 1-dək davam edəcək.