Rusiya prezidenti Vladimir Putinin nüvə çantasını daşıyan keçmiş rusiyalı polkovnik Vadim Zimin evində hücuma məruz qalıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, başından güllə yarası alan 53 yaşlı polkovnik təcili xəstəxanaya çatdırılıb.
Onun vəziyyətinin ağır olduğu bildirilib.
Vadim Zimin rüşvət aldığına görə bir müddət ev dustaqlığında idi.