İsveç və Finlandiya Türkiyənin şərtlərini qəbul ETDİ

23:38 - 28 İyun 2022

İsveç və Finlandiya Türkiyənin şərtlərini qəbul ETDİ

Türkiyə, İsveç və Finlandiya liderlərinin Madriddəki görüşü tərəflər arasında üçlü memorandumun imzalanması ilə nəticələnib.

Manşet.az xəbər verir kiSənədə əsasən, skandinaviya ölkələri terrorizmlə mübarizə məsələsində Türkiyə ilə sıx əməkdaşlıq etmək barədə öhdəlik götürüblər.

Tərəflər həmçinin, müdafiə sənayesi sahəsindəki məhdudiyyətlərin aradan qaldırılması barədə də razılığa gəliblər.

İmza mərasimindən sonra NATO baş katibi Yens Stoltenberq alyansın sabah keçiriləcək sammitində İsveç və Finlandiyanın hərbi ittifaqa qəbulu ilə bağlı qərar veriləcəyini bəyan edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az