Nikolayevdə mülki əhalinin yaşadığı bina raketlə VURULDU

10:20 - 29 İyun 2022

Nikolayevdə mülki əhalinin yaşadığı bina raketlə VURULDU

Bu gün səhər saatlarında Ukraynanın Nikolayev şəhəri raket atəşinə məruz qalıb. Nəticədə raketlərdən biri mülki əhalinin olduğu yaşayış binasına düşüb.

 

Manset.az xəbər verir ki, bu barədə şəhərin meri Aleksandr Senkeviç məlumat verib.

“Səhər saatlarında Nikolayevdə güclü partlayışlar eşidilib. Artıq xilasedicilər və həkimlər əraziyə yola düşüblər”, - deyə Nikolayevin meri vurğulayıb.

Mer hamıdan sığınacaqlarda qalmağı və hava hücumu xəbərdarlığı bitənə qədər çölə çıxmamağı xahiş edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az