Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun “Əl Nəsr”dəki təqdimatı Dünya Çempionatının finalından daha çox izləyici toplayıb.
Manset.az BAKU.WS-ə istinadla xəbər verir ki, 37 yaşlı hücumçunun ərəb klubunda ilk dəfə görüntülənməsi, təqdimat mərasimi 40 kanal vasitəsilə 3 milyarda yaxın tamaşaçıya ötürülüb.
Həmçinin Qətərdə keçirilən dünya çempionatının finalını bütün dünyada 2 milyard insan izləyib.
Qeyd edək ki, Ronaldo “Əl-Nəsr” ilə 2,5 illik müqavilə bağlayıb.