Zelenski Putinin atəşkəs təklifini rədd etdi

09:22 - 06 Yanvar 2023

Zelenski Putinin atəşkəs təklifini rədd etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Milad bayramı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinin atəşkəs elan etməsi təklifini rədd edib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında məlumat verib.

O, hesab edir ki, Rusiya atəşkəsdən istifadə edərək təmas xəttində mövqeyini möhkəmləndirəcək.

“Rusiya Ukraynaya və Avropaya qarşı yeni təcavüz dalğasına hazırlığını gizlədə bilməyəcək”, - deyə Zelenski bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhələrdə atəşin dayandırılması barədə göstəriş verib. Atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az