Azərbaycanda medianın əsas problemlərindən biri dövlət qurumlarının mətbuat katibləri ilə əməkdaşlıqdır. Jurnalistə ən əlçatan işçi mətbuat katibi olmalıdır. Onların mətbuatla əməkdaşlıq bacarığı isə hər kəsdə eyni olmur.
Bu il bəzi mətbuat katiblərinin fəaliyyətində irəliləyiş hiss olundu. Mətbuat katibləri arasında yüksək vəzifələrə təyinat alanlar, başqa quruma transfer olunanlar, hətta işinə son verilənlər də oldu.
Manset.az Bizim.Media-ya istinadən bu il işdən çıxan mətbuat katibləri və ya mətbuat katiblərini yeniləyən qurumlarla bağlı məlumatı təqdim edir:
TƏBİB-in tabeliyində olan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun mətbuat katibi Günay Quluzadə öz istəyi ilə vəzifəsindən ayrılıb. O bildirib ki, vidaları sevməsə də, bəzən daha yaxşı xidmət üçün yerdəyişmə lazımdır.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mətbuat katibi vəzifəsinə isə yeni təyinat olub. Həmin vəzifə Səidə Əhmədovaya həvalə edilib. O, bundan əvvəl nazirliklərdən birində işləyib
Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Günay Səlimzadə də tutduğu vəzifədən azad olunub. O, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təyinat alıb.
Mətbuat katibi, eyni zamanda, aparıcılıq edən Xanım Yadigarlı yeni vəzifəyə təyin olunub. O, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinə şöbə müdiri təyin edilib. Xatırladaq ki, o, buna qədər həmin Mərkəzin mətbuat katibi olub.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva vəzifəsindən azad edilib. Azadə Balayeva bildirib ki, bundan sonra fəaliyyətini AMEA-nın institutlarından birində davam etdirəcək. O, AMEA-nın mətbuat katibi vəzifəsinə bu ilin fevral ayında təyin edilmişdi.
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin media məsələləri üzrə köməkçisi, qurumun mətbuat katibi Aysel Fərziyeva isə işindən öz xahişi ilə ayrılıb. O, bundan sonra da media sahəsində fəaliyyətini davam etdirəcəyini açıqlayıb.
Digər işdən öz istəyi ilə ayrılan mətbuat katibi isə Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elnur Kələntərovdur. O, fəaliyyətini "For Azerbaijan" Beynəlxalq Təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri qismində davam etdirəcəyini bildirib.
Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri vəzifəsinə isə müvəqqəti təyinat olub. Bu vəzifə nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarovaya həvalə edilib. Bu təyinat nazirliyin şöbə müdiri Məryəm Qafarzadənin sosial məzuniyyətə çıxması ilə bağlıdır.
Başqa bir təyinat Xarici İşlər Nazirliyində olub. Ayxan Elxan oğlu Hacızadə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib. Prezident İlham Əliyevin imzaladığı sərəncamla isə mətbuat katibi vəzifəsini icra edən Leyla Yaşar qızı Abdullayeva Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bu il həm də “Azərbaycan Dəmir Yolları” QSC-yə yeni mətbuat katibi təyin olundu. QSC-nin yeni sədri Rövşən Rüstəmovun əmri ilə Sənubər Nəzərova qurumun mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natavan Bayramova isə işdən çıxarılıb.
Başqa bir təyinat isə Hesablama Palatasında olub. Quruma yeni mətbuat katibi təyin olunan Zeynəb Kazımovadır iki həftə sonra həmin vəzifədən gedib.
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev də vəzifəsindən ayrılıb. O, vəzifəsindən ayrılmasını səhhətində yaranan müvəqqəti narahatlıqlarla əlaqələndirib.
"Azəristiliktəchizat" ASC-də yeni mətbuat katibi vəzifəsi açılıb və bu yer Elvin Basqallıya həvalə edilib. O, bundan əvvəl XƏZƏR və SPACE televiziya kanallarında çalışıb.
Azərbaycan Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyində (EMTA) növbəti kadr dəyişikliyi baş verib. Qurumun ictimaiyyətlə əlaqələr sektorunun müdiri, mətbuat katibi Günel Əhmədova vəzifəsindən ayrılıb. Həmçinin qurumda aparılan struktur islahatları nəticəsində həmin vəzifə ləğv edilib.
Müdafiə sənayesi naziri Mədət Quliyev özünə yeni müşavir təyin edib. Nazirin əmri ilə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai Əlaqələr Mərkəzinin sabiq rəisi Arif Babayev bu vəzifəyə gətirilib.
Bakı Dövlət Universtetinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel İsgəndər də (Orucəliyeva) bu il vəzifəsindən ayrılan mətbuat katiblərindəndir. O, bundan sonra karyerasına BDU-nun tarixi muzeyinin müdiri və Jurnalistika fakültəsinin müəllimi kimi davam edəcək.
2022-ci ildə işdən çıxarılan və təyin olunan mətbuat katibləri
12:24 - 06 Yanvar 2023
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
17 Fevral 2026 - 11:56
Sabiq icra başçısı lüks sauna tikdirdi - Fəhlələrin pulunu ödəmir?
17 Fevral 2026 - 13:34
Oleq Əmirbəyov vəzifəsindən azad edildi
17 Fevral 2026 - 18:35
Tiktoker "Renka" saxlanıldı
17 Fevral 2026 - 10:32
Eldar Əzizov bu icra başçısına töhmət verdi - Digərinə xəbərdarlıq edildi
17 Fevral 2026 - 18:22
Sevgililər günündə keçmiş arvadının yeni ərini bıçaqladı
17 Fevral 2026 - 22:20
Kilsədə güclü partlayış - Yaralananlar var
17 Fevral 2026 - 14:51
"Qalatasaray - Yuventus" oyunu qabağı İkardi iddiası
17 Fevral 2026 - 11:12
Ramazan ayının təqvimi açıqlandı – CƏDVƏL
17 Fevral 2026 - 14:12
19 bıçaq zərbəsi alan 6 yaşlı uşağın son durumu açıqlandı
17 Fevral 2026 - 16:37
"Ülviyyə Namazova efirlərdə qadağan olunmalıdır"
17 Fevral 2026 - 11:35
Vardanyana 20 il həbs cəzası verildi
17 Fevral 2026 - 21:53
''Sevgiyə vaxtım yoxdur'' - Mahsun Kırmızıgül
Xəbər xətti
- 18 Fevral 2026
- 01:00 Almaniyadan olan keçmiş baş həkim Nigerdə kral seçildi
- 00:30 Çips paketlərindən həşərat çıxır? - VİDEO
- 17 Fevral 2026
- 23:58 “Qalatasaray” “Yuventus”u darmadağın etdi
- 23:40 Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirildi
- 23:21 Bu ölkədə deputatlara təyin edilən pensiyalar ləğv edildi
- 22:58 Ukraynada sabiq nazir həbs olundu
- 22:38 Bu ərazilərdə su kəsiləcək - DİQQƏT
- 22:20 Kilsədə güclü partlayış - Yaralananlar var
- 21:58 Gəncədə ağır qəza - Xəsarət alanlar var
- 21:53 ''Sevgiyə vaxtım yoxdur'' - Mahsun Kırmızıgül
- 21:45 “Qarabağ”a qarşı oyun asan olmayacaq - Eddi Hau
- 21:20 2026-cı ilin ilk Günəş tutulması başa çatdı
- 20:59 İtkin şəhidimizin nəşi 34 il sonra tapıldı - FOTO
- 20:43 Xəzər dənizində suiti cəsədləri aşkarlandı - VİDEO
- 20:20 Evdə gizli çarə - Qarın ağrısına son!
- 20:17 Leyla Əliyeva Edi Rama ilə bir arada - FOTOLAR
- 20:00 II Qareginin qohumları ev həbsinə buraxıldı
- 19:42 Magistratura üzrə ölkə birinciləri AÇIQLANDI
- 19:22 Bu ölkədə zəlzələ oldu
- 19:05 Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək
- 18:50 Bakıda bu yollarda sıxlıq var - SİYAHI
- 18:35 Tiktoker "Renka" saxlanıldı
- 18:22 Sevgililər günündə keçmiş arvadının yeni ərini bıçaqladı
- 18:10 Gürcüstan Milli Kino Mərkəzi ilə memorandum imzalanıb
- 17:55 Sabah 42 kənddə qaz olmayacaq
- 17:40 "“Nyukasl”a qarşı cəsarətli oynamağa çalışacağıq" - Qurban Qurbanov
- 17:26 Putinin sözçüsündən ABŞ-yə XƏBƏRDARLIQ
- 17:24 Magistratura imtahanlarının nəticələri AÇIQLANDI
- 17:19 Rusiya və Ukrayna arasında görüş başladı
- 17:14 "Youtube"da PROBLEM - Şərhlər yoxa çıxır
- 16:56 Edis haqqında saxlanılma qərarı verildi - SƏBƏB
- 16:49 "Fənərbağça - Nottingham Forest" oyununun hakimi bəlli oldu
- 16:37 "Ülviyyə Namazova efirlərdə qadağan olunmalıdır"
- 16:09 ABŞ İran yaxınlarına savaş gəmiləri yerləşdirdi
- 16:05 Şəhidləri təhqir edən ərəblər deportasiya olunacaq
- 15:54 Avropa İttifaqı bu şəxslərə sosial mediadan istifadəni qadağan edəcək
- 15:53 Tanınmış rejissor həbs oluna bilər
- 15:32 Bakının mərkəzindəki yanğın söndürüldü - YENİLƏNİB
- 15:20 Fərid Şahbazlı Serbiya mediasına danışdı - İlham Əliyevin Belqrada səfəri strateji əməkdaşlığın yeni mərhələsidir
- 14:51 "Qalatasaray - Yuventus" oyunu qabağı İkardi iddiası
- 14:26 Vədə sədaqət, Zəfərə gedən yol - İlham Əliyevin tarixi sözləri və gerçəkləşən arzular
- 14:12 19 bıçaq zərbəsi alan 6 yaşlı uşağın son durumu açıqlandı
- 13:58 İlin ilk Günəş tutulması baş verir
- 13:37 180 illik teatr alovlar içində qaldı - Dəhşətli yanğın
- 13:34 Oleq Əmirbəyov vəzifəsindən azad edildi
- 13:25 “Qarabağ”ın oyununa nə qədər bilet satılıb?
- 13:05 Sabiq icra başçısına yeni vəzifə verildi
- 12:59 Mətbuat katibi vəzifəsindən azad edildi
- 12:52 Barselonada faciə - 3 uşaq həlak oldu
- 12:44 Yerin kürəsinin ömrü qısaldı - Bu qədər müddətə dağıla bilər
- 12:32 Sabahın havası necə olacaq?