Narkobaronun oğluna qarşı əməliyyat - 29 nəfər öldürüldü

23:49 - 06 Yanvar 2023

Narkobaronun oğluna qarşı əməliyyat - 29 nəfər öldürüldü

Meksikada məşhur narkobaron Xoakin Qusmanın oğlu Ovidio Qusman Lopezin saxlanması üçün keçirilən əməliyyat zamanı toqquşma baş verib.

 

Manset.az xəbər verir ki, bu barədə Meksikanın müdafiə naziri Luis Cresensio Sandoval məlumat verib.

Bildirilir ki, əməliyyat zamanı ümumilikdə 29 nəfər ölüb. Onlardan 19-u qanun pozucusu, 10-u hərbçidir.

Silahlı toqquşma zamanı 35 əsgər yaralanıb, onlara lazımi tibbi yardım göstərilib.

Rəsmi məlumata görə, təhlükəsizlik qüvvələrinə qarşı hücumda şübhəli bilinən 21 nəfər saxlanılıb. Cinayətkarlardan onlarla odlu silah, o cümlədən iriçaplı tüfənglər götürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az