Çinin üçüncü ən sıx məskunlaşdığı Henan bölgəsinin sağlamlıq komissiyasının direktoru Kan Quançenq, əhalinin 90 faizinin koronavirusa yoluxduğunu söyləyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Quançenq verdiyi açıqlamada bu sözləri söyləyib:
“Yanvarın 6-na olan statistikaya əsasən, regionda Kovid-19-a yoluxma səviyyəsi 89 faizdir”.
Başqa sözlə, 99 milyon əhalisi olan Henan əyalətində 88 milyon insan koronavirusa yoluxmuş vəziyyətdədir.
Manşet.az