"Qarabağ" braziliyalı futbolçuya təklif göndərdi

22:43 - 09 Yanvar 2023

\"Qarabağ\" braziliyalı futbolçuya təklif göndərdi

"Qarabağ" Belçikanın "Beveren" klubunda çıxış edən braziliyalı futbolçu Lukas Ribeyru Kosta ilə maraqlanır.

 

Manset.az  "report"a istinadən bildirir ki, "köhlən atlar" 25 yaşlı yarımmüdafiəçiyə rəsmi təklif göndərib.

"Sambaçı"nın xidmətində digər ölkə təmsilçiləri, həmçinin Rusiyanın 2 klubu da maraqlıdır. İddiaya görə, Azərbaycan çempionunun təklifi oyunçunu daha çox cəlb edib.

Qeyd edək ki, Lukas Ribeyru Kosta daha əvvəl Fransanın "Valensyen", Belçikanın "Ekselsior", "Şarlerua" və "Muskron" klublarında da çıxış edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az