Əfqanıstandan ilk yerli "superkar" - VİDEO

23:00 - 11 Yanvar 2023

Əfqanıstandan ilk yerli \"superkar\" - VİDEO

Əfqanıstanda, adətən, avtoyürüşlərdə istifadə edilən sürətli idman avtomobili hazırlanıb.

 

Bu barədə Manset.az türkiyə mediasına istinadən xəbər verir.

“Mada 9” adlandırılan prototip paytaxt Kabilin küçələrində nümayiş etdirilib. 

Bildirilib ki,  avtomobilin tikinti prosesi Talibanın hakimiyyəti ələ keçirməsindən dörd il əvvələ gedib çıxır.

“Əfqanıstan Texniki və Peşə İnstitutu” tərəfindən layihələndirilən avtomobildə 30 mühəndisin çalışdığı açıqlanıb. Kənardan idman avtomobilinə bənzəyən Mada-9-un əslində Toyota Corrolla mühərrikindən və əsasən bu avtomobilin hissələrindən istehsal edildiyi vurğulanıb.

38 milyonluq Əfqanıstan əhalisinin böyük hissəsi aclıq və yoxsulluqla mübarizə apararkən, Taliban liderlərinin paytaxt Kabildə idman avtomobili ətrafına toplaşdıqları görüntülər diqqət çəkib.

 

Davud


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az