Putin hamının gözü qarşısında Türkiyəyə gedən məmuru danladı – ŞOK VİDEO

12:38 - 12 Yanvar 2023

Putin hamının gözü qarşısında Türkiyəyə gedən məmuru danladı – ŞOK VİDEO

Rusiya lideri Vladimir Putinin kameralara əks olunan əsəbi münasibəti Kremldə gərginliyin artdığını üzə çıxarıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putin yüksək rütbəli dövlət rəsmiləri ilə videogörüşdə Türkiyəyə tətilə getdiyi üçün müqavilələrini gecikdirən baş nazirin müavini Denis Manturovu hamının gözü qarşısında danlayıb.

Putin, yeni mülki və hərbi təyyarələrlə bağlı müqavilələrin tamamlanmadığı üçün Manturova qəzəblənib:

“Niyə avaralıq edirsiniz? Ortada heç bir müqavilə yoxdur. Mənə nə deyəcəksiniz? Mənə dedilər ki, heç bir müqavilə bağlanmayıb. Niyə boş-boş gəzirsiniz? Bu iş bir aya yekunlaşacaq. Sizə deyirəm, bir aya! Məgər biz hansı şəraitdə olduğumuzu başa düşmürük?”.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az