Makron özündə heç bir günah görmür: “Üzr istəmək məcburiyyətində deyiləm”

14:28 - 12 Yanvar 2023

Makron özündə heç bir günah görmür: “Üzr istəmək məcburiyyətində deyiləm”

Fransa prezidenti Emmanuel Makron Fransanın müstəmləkəçiliyə görə Əlcəzairdən üzr istəməsi ilə bağlı çağırışlara cavab verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Makron, ölkəsinin Əlcəzairdəki müstəmləkəçilik tarixinə görə üzr istəməsinin heç bir şeyi düzəltməyəcəyini deyib:

"Mən üzr istəmək məcburiyyətində deyiləm. Məsələ bunda deyil, bu ifadə (əfv istəmə) bütün münasibətləri pozar. Bağışlanma diləyərik və hər kəs öz yolu ilə gedər".

“Bizi ayıran keçmiş həm də bizi birləşdirir” – deyən Makron əlavə edib ki, Əlcəzair və Fransa bir-birinə məhəl qoymadan irəli gedə bilməzlər.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az