ADY sədrinə yeni müşavir təyin olundu - FOTO

19:05 - 13 Yanvar 2023

ADY sədrinə yeni müşavir təyin olundu - FOTO

Aysel Soltanova “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin yeni müşaviri vəzifəsinə təyin olunub.

 

Manset.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov bununla bağlı müvafiq əmr imzalayıb.

Qeyd edək ki, A.Soltanova Azərbaycan Dillər Universitetində Regionşünaslıq ixtisası üzrə bakalavr, Mərkəzi Avropa Universitetində Dövlət siyasəti sahəsində magistr təhsili alıb. O, 2006-2014-cü illərdə BP və P&G kimi tanınmış beynəlxalq şirkətlərdə çalışıb. 2014-2020-ci illərdə "Azərkosmos" ASC-də müxtəlif vəzifələri icra edib, o cümlədən Marketinq Departamentinə rəhbərlik edib. 2021-ci ildən isə "Aztelekom" MMC-də baş direktorun birinci müavini vəzifəsində çalışırdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az