Ukraynalılar ordu ilə əməkdaşlıq edərək, Belarusdan mümkün hücumlara qarşı təhlükəsizlik tədbirlərini artıraraq, sərhəddə səngərlər qazıblar.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna Rusiyanın yaxın müttəfiqi Belarusla sərhəddə tədbirləri artırır. Ukraynalılar da sərhədə gələrək əsgərlərin işinə dəstək olurlar. Bu çərçivədə Belarusdan hücum ehtimalına qarşı sərhəd xəttində təxminən 100 min kvadratmetr sahədə istehkamlar qurulub.
Manşet.az