Davosda Dünya İqtisadi Forumunun 53-cü iclasının rəsmi açılışı oldu

23:33 - 16 Yanvar 2023

Davosda Dünya İqtisadi Forumunun 53-cü iclasının rəsmi açılışı oldu

İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun (WEF) 53-cü iclası işə başlayıb.

 

Manset.az xəbər verir ki, mərasim WEF -in saytında yayımlanıb.

İclasın açılışında WEF-in təsisçisi Klaus Şvab salamlama nitqi ilə çıxış edib və bir sıra mədəniyyət xadimlərinə də “Kristal” mükafatları təqdim olunub.

WEF yanvarın 20-dək davam edəcək. 2023-cü ildə keçiriləcək forumun devizi “Parçalanmış dünyada əməkdaşlıq”dır. Təşkilatçılara görə, bu dəfə Davosa rekord sayda iştirakçı - 2,7 mindən çox insan gələcək. Rusiya nümayəndə heyəti forumda iştirak etmir.

Daha əvvəl, WEF-in saytında, İsveçrədə Davos Forumunun açılışı  ərəfəsində , əsas WEF iqtisadçılarının yarıdan çoxunun 2023-cü ildə Avropada resessiya ehtimalının yüksək olduğunu söylədiyi bildirilmişdi.

Bundan əvvəl Bloomberg yanvarın 16-dan 20-dək Davosda keçiriləcək Dünya İqtisadi Forumunda rusiyalı iş adamlarının olmayacağını bildirmişdi .


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az