ABŞ-də naməlum şəxs yoldan keçənləri güllə yağışına tutdu: Ölən və yaralananlar var - VİDEO

13:54 - 18 Yanvar 2023

ABŞ-də naməlum şəxs yoldan keçənləri güllə yağışına tutdu: Ölən və yaralananlar var - VİDEO

ABŞ-nin paytaxtı Vaşinqtonda naməlum şəxs yoldan keçənlərə atəş açıb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər həlak olub, iki nəfər yaralanıb.

Zərərçəkənlərdən biri hadisə yerinin yaxınlığındakı Çin restoranında oturarkən güllələnib. Nəticədə qadın hadisə yerində keçinib.

Bundan başqa, bir yeniyetmə çiynindən yaralanıb. 15 yaşlı məktəbli silahlı şəxsə elə öz tapançası ilə cavab verib (O, lisenziyasız tapança gəzdirdiyinə və silahla bağlı digər cinayətlərə görə məsuliyyətə cəlb olunacaq).

Digər qurban ayağından yaralanıb.

Hazırda polis atəş açan şəxsi axtarır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az