Tərtər rayonunda oğurluq hadisəsi baş verib.
Manset.az-ın əldə etdiyi məlumata görə, rayonun Elman Səfərov küçəsində yerləşən marketlərin birindən "MilliÖn" ödəmə terminalından oğurluq olub.
Terminalda böyük məbləğdə pul olduğu bildirilir.
Hadisə ilə bağlı polisə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.